×
A
A
A
Sazlamalar

Muzeydə Xocalı soyqırımına həsr olunmuş tədbir

Bakı, 21 fevral, AZƏRTAC 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi, Qarabağ müharibəsi əlili, Xocalı hadisələrinin şahidi Hüseynağa Quliyev və digər çıxış edənlər işğalçılıq siyasəti aparan qəsbkar ermənilərin şəhər və rayonlarımızda, o cümlədən Xocalıda törətdikləri qanlı cinayətlərdən danışıb, faciənin heç zaman qan yaddaşımızdan silinməyəcəyini vurğulayıblar.
Sonra Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin iştirakı ilə ədəbi-bədii kompozisiya göstərilib, “Cəzasız cinayət” filmi nümayiş etdirilib.

Elm və təhsil 2020-02-21 16:56:00