×
A
A
A
Sazlamalar

Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturasına müsabiqə keçirilib

Bakı, 21 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Elmi şuranın iclası keçirilib.
AKİ-dən AZƏRTAC-a bildirilib ki, Elmi şurada institutun elmlər doktoru hazırlığı dissertanturasına qəbul üçün müsabiqə keçirilib. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, 2019/2020-ci ildə elmi müəssisənin elmlər doktoru hazırlığı üzrə dissertanturasına üzvi kimya və neft kimya ixtisası üzrə 2 namizəd sənəd verib.
Namizədlərin tədqiqat üçün təklif etdikləri doktorluq dissertasiyası mövzuları və elmi məsləhətçiləri ilə bağlı geniş müzakirələr aparılıb.
Dissertasiya mövzuları seçilərkən dünya elminin, eyni zamanda, ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə tələblərə cavab verməsi nəzərə alınaraq fundamental, nəzəri-tətbiqi əhəmiyyəti əsas götürülüb.
Müsabiqə komissiyasının qərarına əsasən hər iki iddiaçı elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul edilib.

Elm və təhsil 2020-02-21 15:42:00