×
A
A
A
Sazlamalar

Şair Zaməddin Ziyadoğlunun “Həncərisən” kitabının təqdimatı olub

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Bakıda Atatürk Mərkəzində “Mirvarid Dilbazi Məclisi”nin təşkilatçılığı ilə şair Zaməddin Ziyadoğlunun “Həncərisən” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Mirvarid Dilbazi Məclisi”nin sədri şairə Güllü Eldar Tomarlı çıxış edərək şairin yaradıcılığından söz açıb, kitabla bağlı fikir və mülahizələrini bildirib.
Filologiya elmləri üzrə fəlsəfə doktoru, şairə Fəridə Ləman Zaməddin Ziyadoğlunu təbrik edib, kitabın önəmini vurğulayıb.
Çıxış edən digər natiqlər də şairi təbrik edərək, ona yeni yaradıcılıq axtarışları arzu ediblər.
Sonda Zaməddin Ziyadoğlu tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkür edib.

Mədəniyyət 2020-02-21 15:45:00