×
A
A
A
Sazlamalar

Bakının iki rayonu üzrə müəllim və valideynlərin müraciətləri dinlənilib

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Bakıdakı 179 nömrəli tam orta məktəbdə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, Binəqədi və Nəsimi rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, əlavə korpusun tikilməsi, şagirdlərin elektron yerdəyişməsi, məktəblərin qarşısında piyada zolağının çəkilməsi və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Elm və təhsil 2020-02-21 15:39:00