×
A
A
A
Sazlamalar

Təhsil naziri Hacıqabul şəhərindəki məktəb-liseydə

Bakı, 21 fevral, AZƏRTAC

Təhsil naziri Ceyhun Bayramov Hacıqabul şəhər 10 nömrəli Texniki-Təbiət Fənlər Təmayüllü məktəb-liseydə olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, C.Bayramov məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda, təhsil müəssisəsinin ümumi şəraiti, dərs otaqları, kitabxanası, idman və akt zalı ilə tanış olub, şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb.
Daha sonra nazir məktəb-liseyin 5-ci sinfində tarix və alman dili dərslərinin tədrisi prosesini izləyib. Nazir şagirdlərə elektron resurslardan daha fəal istifadəni tövsiyə edib, təhsil ocağının rəhbərliyinə məktəb kitabxanasının zənginləşdirilməsinə dair tapşırıq verib.

Elm və təhsil 2020-02-21 15:23:00