×
A
A
A
Sazlamalar

Neftçalada Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Neftçala, 21 fevral, Mahir Babayev, AZƏRTAC

Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin direktoru Könül Məmmədova ümummilli lider Heydər Əliyevin dilimizə olan böyük sevgisindən, dilin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşmasında Ulu Öndərin rolundan danışıb.
Sonra Ulu Öndərin Azərbaycan dili ilə bağlı çıxışlarından ibarət videoçarx nümayiş etdirilib.
AMEA-nın monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva çıxışında Azərbaycan dilinin dövlət dili kimi inkişafında ümummilli lider Heydər Əliyevin böyük rolu olduğunu bildirib.
Tədbir digər çıxışlarla davam etdirilib.

Regionlar 2020-02-21 15:09:00