×
A
A
A
Sazlamalar

Ağsuda “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda növbəti təlim

Bakı, 21 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Ağsu rayonunda “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə Ağsu və ətraf rayonlarda yerləşən mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, yerli icra hakimiyyəti orqanları və məhkəmə orqanlarında çalışan 35 dövlət qulluqçusu iştirak edib.
Təlimdə DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov çıxış edərək dövlət qulluğunun hüquqi əsasları, hazırkı çağırışlar və dövlət qulluğunun perspektivləri mövzusunda məruzə edib, dövlət qulluğu məsələləri ilə bağlı qaldırılan sualları cavablandırıb.
Eyni zamanda, Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təqdimat edilib. Təlim iştirakçılarına dövlət qulluğuna qəbul və vəzifədə yüksəliş, xidməti fəaliyyətin qiymətləndirilməsi, dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üzrə Strategiyanın əsas istiqamətləri, nəzərdə tutulan tədbirlər, dövlət qulluğunda etik davranış qaydaları, prinsipləri və korrupsiyaya qarşı mübarizə ilə əlaqədar məsələlər barədə məlumat verilib.
Sonda iştirakçıların dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi məsələləri barədə sualları cavablandırılıb.

Elm və təhsil 2020-02-21 15:00:00