×
A
A
A
Sazlamalar

Akademik Vaqif Fərzəliyevin biobiblioqrafiyası çap olunub

Bakı, 21 fevral, AZƏRTAC 

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin biobiblioqrafiyası nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, neft kimyası və üzvi kimya sahəsində görkəmli alim olan Vaqif Fərzəliyevin elmi işlərinin biobiblioqrafik göstəricisi onun 1962-2019-cu illər ərzindəki elmi fəaliyyətini əhatə edir.
Biobiblioqrafiyaya akademikin Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr edilən kitabları, məqalələri, məruzələri, tezisləri, SSRİ müəlliflik şəhadətnamələri, patentləri və qazandığı qrant layihələri haqqında məlumatlar daxildir.
Kitab kimya üzrə elmi tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Elm və təhsil 2020-02-21 13:46:00