×
A
A
A
Sazlamalar

Tələbələr AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsində

Bakı, 21 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri (25 nəfər) AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tələbələr laboratoriyalarda aparılan elmi tədqiqat işləri, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olmaqla yanaşı, aparılan təcrübələrdə bilavasitə iştirak edir və dünya praktikasında tətbiq olunan metodları mənimsəyirlər. İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti İradə Hüseynova hər il BDU-nun tələbələrinin AMEA-nın institutlarında istehsalat təcrübəsi keçməsinin elm və təhsilin inteqrasiyası üçün böyük əhəmiyyətini vurğulayaraq, onlara tədqiqat işlərində uğurlar arzulayıb.
İstehsalat təcrübəsi aprelin 19-dək davam edəcək.

Elm və təhsil 2020-02-21 13:11:00