×
A
A
A
Sazlamalar

Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu keçiriləcək

Bakı, 21 fevral, AZƏRTAC

Martın 4-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov deyib.
O bildirib ki, forumda daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yolları müzakirə olunacaq.

İKT 2020-02-21 12:23:00