×
A
A
A
Sazlamalar

Mingəçevirdə 780 abonentin təbii qaz təchizatında fasilə yaranıb

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Mingəçevir şəhəri, Bağlar massivi, 13-cü Bağ küçəsini təbii qazla təmin edən diametri 89 millimetrlik orta təzyiqli qaz xəttini və diametri 65 millimetr olan siyirtməni minik avtomobili ilə vuraraq qırıblar. Bu səbəbdən 780 abonentin təbii qaz təchizatında fasilə yaranıb.
Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Regionlar 2020-02-21 11:50:00