×
A
A
A
Sazlamalar

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib

Sumqayıt, 21 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Xocalı soyqırımına həsr edilmiş tədbir təşkil olunub. Anım tədbirində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, “N” saylı hərbi hissənin şəxsi heyəti və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar Mərkəzin foyesində nümayiş olunan və Xocalı soyqırımını əks etdirən rəsm əsərləri ilə tanış olublar.
Dövlət himninin ifası ilə başlanan tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcıları Xocalı soyqırımı haqqında məlumat verdikdən sonra jurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi videokadrlar nümayiş olunub.
Əməkdar artist İzaməddin Bağırov və gənc qiraətçi Ümid Abbasın ifasında şeirlər, gənc ifaçılar Təranə Nurlu və Fidan Nağıyevanın ifasında vətənpərvər ruhlu mahnılar, muğam üçlüyünün ifasında “Zabul segahı” səslənib.
Daha sonra "Xocalı harayı" kompozisiyası və "Bayraqlar" rəqsi təqdim olunub.

Regionlar 2020-02-21 11:18:00