×
A
A
A
Sazlamalar

Polis Sumqayıtda əməliyyat keçirdi

Sumqayıt polisi Astara rayonunda oğurluq hadisəsinin izi ilə əməliyyat keçirib

Sumqayıt, 21 fevral, AZƏRTAC
Sumqayıtda polis əməkdaşları Astara rayonunda oğurluq hadisəsinin izi ilə əməliyyat keçiriblər.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.İbrahimov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin aşkar edilib. Ətrafında aparılmış tədbirlərlə onun ayrı-ayrı şəxslərə məxsus 4 “KamAZ” markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma davam edir.

Regionlar 2020-02-21 10:44:00