×
A
A
A
Sazlamalar

Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb

Bakı, 21 fevral, AZƏRTAC 

Yasamal rayonunda yerləşən 175 və176 nömrəli tam orta məktəbin şagirdləri Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar. Burada onlara mərkəzin bələdçiləri tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.

Mədəniyyət 2020-02-21 10:43:00