×
A
A
A
Sazlamalar

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Bakı, 21 fevral, AZƏRTAC

Yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 335,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, onun da 320,3 milyon manatı heyvandarlıq, 15 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 12,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb.

Kənd təsərrüfatı 2020-02-21 10:42:00