×
A
A
A
Sazlamalar

SOCAR büdcə ödənişlərini artırıb

Bakı, 21 fevral, AZƏRTAC

SOCAR 2019-cu ildə dövlət büdcəsinə 1,62 milyard manat ödəyib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın büdcə ödənişləri əvvəlki ilə nisbətən təqribən 1 faiz artıb.
2019-cu ildə şirkətin büdcəyə ümumi ödənişlərində aşağıdakı vergilər əsas paya malikdir: aksiz vergisi 28 faiz, əlavə dəyər vergisi 18 faiz, mənfəət vergisi 16 faiz, ixrac vergisi 10 faiz, mədən vergisi 8 faiz, gəlir vergisi 5 faiz, əmlak vergisi, torpaq vergisi, yol vergisi, mənbədən vergi də daxil olmaqla digər vergi və ödənişlər ümumi ödənişlərin 15 faizini təşkil edib.
SOCAR, həmçinin hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 173,6 milyon manat vəsait ödəyib.

Neft - qaz 2020-02-21 10:41:00