×
A
A
A
Sazlamalar

“Kiçik qəlbdə böyük gələcək” layihəsindən 200-dən çox gənc faydalanacaq

Balakən, 20 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsinin qalibi olmuş “Kiçik qəlbdə böyük gələcək” layihəsi çərçivəsində Balakən, Zaqatala və Qax rayonlarında gənclərlə maarifləndirici görüşlər davam edir.
Layihənin rəhbəri, Balakən rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin metodisti Fuad Mikayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əsas məqsəd psixo-sosial durumu sağlam Azərbaycan gəncliyinin formalaşmasına dəstək olmaqdır. Layihədən 200 nəfərdən çox gəncin faydalanması nəzərdə tutulur.

Regionlar 2020-02-20 19:56:00