×
A
A
A
Sazlamalar

Fransada pensiya islahatı layihəsinə etirazın yeni dalğası başlayıb

Paris, 20 fevral, AZƏRTAC

Fransada pensiya islahatı layihəsinə etirazın yeni dalğası başlayıb.
AZƏRTAC xəbər verir ki, CGT, FO, Solidaires, FSU, CFE-CGC və gənclər təşkilatlarının çağırışı ilə ölkənin bütün şəhərlərində 10-cu ümumvətəndaş tətil və nümayişləri başlayıb.
Parisdə Montparnasse məhəlləsində “18 iyun 1940” meydanına toplaşan nümayişçilər İtaliya meydanına doğru irəliləyib.
Parisdə Şarl de Qol meydanı, Yelisey Çölləri prospektində, eləcə də Məryəm Ana kafedralı kilsəsi yaxınlığına toplaşmaq qadağan edilib.
Xatırladaq ki, fevralın 6-da 15 mini Parisdə olmaqla 121 min etirazçı 9-cu ümumvətəndaş tətil və nümayişində iştirak etmişdi.


Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2020-02-20 18:56:00