×
A
A
A
Sazlamalar

Bu il 39 terrorçu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub

İstanbul, 20 fevral, AZƏRTAC

Bu ilin ilk iki ayı ərzində aparılan danışıqlar nəticəsində 39 terrorçu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin terrorla mübarizə idarəsi məlumat yayıb. Bildirilir ki, 2017-ci ildən bəri danışıqlar yolu ilə 612 terrorçu təslim olub. Onların arasında 20 il əvvəl təşkilata qatılanlar da var. Danışıqların aparılmasına uşaqları PKK terror təşkilatı tərəfindən qaçırılan ailələr də dəstək göstərirlər. Onlar övladları ilə danışıqlar aparır və təslim olmağa çağırırlar.
Təslim olanlar təşkilata qatıldıqdan sonra peşman olduqlarını, lakin geri qayıtmaq istədikdə təhdidlərlə qarşılaşdıqlarını deyirlər.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-02-20 18:45:00