×
A
A
A
Sazlamalar

BDU: Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar

Bakı, 20 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzində əslən Koreya Respublikasından olan, aparıcı elmi işçi, fəlsəfə doktoru Kim Jiseok “Triboelektrik nanogeneratorlar - yeni növ enerji mənbəyi kimi” mövzusunda məruzə ilə çıxış edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, məruzəçi apardığı elmi tədqiqat işləri, o cümlədən gümüş nanonaqillərin alınması texnologiyasının işlənib hazırlanması və onların əsasında gələcəkdə yaradılacaq triboelektrik nanogeneratorlar haqqında məlumat verib. Kim Jiseokun rəhbərlik etdiyi qrup tərəfindən Ag-Ag2S hibrid nanostrukturları işlənilib hazırlanaraq onların fiziki xassələri üzə çıxarılıb. Bu tip strukturlarda kvant ölçülü effektlər öyrənilib, qadağan olunmuş zonanın eni təyin olunub.
K.Jiseokun apardığı araşdırmalar əsasında Avropa və Kanadanın aparıcı tədqiqat mərkəzləri ilə birgə layihələr hazırlanması, beynəlxalq qrant proqramlarına təqdim edilməsi nəzərdə tutulub.
Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

Elm və təhsil 2020-02-20 18:20:00