BDU-nun tələbələri Geologiya və Geofizika İnstitutunda istehsalat təcrübəsi keçirlər
Bakı, 20 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) mexanika ixtisası üzrə təhsil alan IV kurs tələbələri AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) istehsalat təcrübəsinə başlayıblar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tələbələr martın 31-dək Tektonofizika və geomexanika şöbəsində istehsalat təcrübəsi keçəcək, elmi tədqiqat işləri, eləcə də müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olacaqlar.
Təcrübəçi tələbələr və onların rəhbəri - BDU-nun müəllimi Ruqiyyə Hüseynova Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyevlə görüşüblər. Akademik H.Quliyev elm aləmində baş verən mühüm yeniliklər barədə danışıb, tələbələrə dəyərli tövsiyələr verib. Bildirib ki, istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərinin praktikada tətbiqi, onlarda elmi tədqiqat işlərini sərbəst şəkildə yerinə yetirmək vərdişlərinin formalaşdırılması məqsədi daşıyır.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır