×
A
A
A
Sazlamalar

Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb

Bakı, 20 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında Xocalı soyqırımı ilə əlaqədar “Şəhid yurdum Xocalım” adlı sərgi təşkil edilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, sərgi Xocalı faciəsini bir daha yad etmək, onun mahiyyətini gənc nəsillərə anlatmaq məqsədilə təşkil olunub.
Tədbirdə əvvəlcə Xocalı soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, bu soyqırımı Azərbaycan tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardıb. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoydu. Xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmayacaq.
Sərgidə oxuculara Xocalı faciəsi haqqında kitablar, qəzet materialları və məqalələr təqdim edilib.

 

Mədəniyyət 2020-02-20 17:42:00