×
A
A
A
Sazlamalar

Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib

Moskva, 20 fevral, AZƏRTAC

Rusiyanın Baş Naziri Mixail Mişustin Ruslan Mirsayapovun bu ölkənin Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri təyin olunması barədə Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, R.Mirsayapovun xarici ticarət əlaqələri sahəsində 20 illik təcrübəsi var. O, 2017-ci ildən Başqırdıstan Respublikası Xarici-İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyib. Yeni vəzifəsində o, Rusiya müəssislərinin Azərbaycana ixracı məsələləri ilə məşğul olacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İqtisadiyyat 2020-02-20 17:35:00