×
A
A
A
Sazlamalar

Muzey əməkdaşının məqaləsi xaricdə nəşr olunub

Bakı, 20 fevral, AZƏRTAC

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirovanın Qazaxıstanın Əhməd Yəsəvi Universitetinin “Türkologiya” jurnalında “Türk xalqlarının cecim toxumalarına dair” mövzusunda türk dilində məqaləsi yer alıb.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, məqalə etnoqrafiya fondunda qorunan cecimlər və onların naxışlarına həsr olunub.
Məqalədə vaxtilə Azərbaycan və digər türk xalqlarının məişət həyatında geniş yayılmış cecimlərin hazırda istehsalatdan çıxması və yalnız muzeylərdə sərgilənməsi məsələsinə diqqət cəlb edilib. Habelə “Üstü çalma” adı ilə məşhur olan cecim növü haqqında ətraflı məlumat verilib.

Elm və təhsil 2020-02-20 17:02:00