×
A
A
A
Sazlamalar

Radiasiya Problemləri İnstitutunda mülki müdafiə məşqi keçirilib

Bakı, 20 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda (RPİ) cari ilin tədbirlər planına əsasən rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən tədbirdə ümumi işlər üzrə direktor müavini, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Hökmən Mahmudov çıxış edib. O, elmi müəssisədə nəzərdə tutulan mülki müdafiə üzrə tapşırıqlar və planlar, eləcə də görülmüş işlər barədə məlumat verib.
Sonra Yasamal rayonu üzrə Fövqəladə hallar şöbəsinin rəisi, polkovnik-leytenant İlqar Səfərov fövqəladə halların inkişaf mərhələlərindən, həmçinin qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə RPİ-nin Mülki Müdafiə Qərargahının rəisi Taleh Məmmədov fövqəladə hallar zamanı manqalar arasında əlaqələr və qüvvələrin idarə edilməsi barədə çıxış edib. O, hər hansı bədbəxt hadisə, eləcə də təbii fəlakət zamanı qarşıya çıxan neqativ halların aradan qaldırılması və itkilərdən maksimum dərəcədə qorunmaq yolları haqqında ətraflı məlumat verib.
Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb və maarifləndirici xarakterli videoçarx nümayiş olunub.

Elm və təhsil 2020-02-20 16:38:00