×
A
A
A
Sazlamalar

İslam İnkişaf Bankının təqaüd proqramına qeydiyyat davam edir

Bakı, 20 fevral, AZƏRTAC

İslam İnkişaf Bankının 2020-2021-ci tədris ili üzrə təqaüd proqramına qeydiyyat davam edir.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində ölkə universitetlərindən birində bakalavr, magistr, doktorantura təhsili almaq, doktorantura təhsilindən sonra elmi tədqiqat işi aparmaq, eyni zamanda, peşə təhsili almaq və təlimlər keçirmək üçün müraciət etmək olar.
İslam İnkişaf Bankı tərəfindən prioritet sayılan təhsil sahələri yerli universitetlərdə olmadığı halda bu banka üzv ölkələrin universitetlərində təqaüd proqramı ilə təhsil almaq mümkündür.
Təqaüd proqramına qoşulmaq istəyənlər fevralın 28-dək İslam İnkişaf Bankının rəsmi internet saytında qeydiyyatdan keçməlidirlər.

Elm və təhsil 2020-02-20 16:24:00