×
A
A
A
Sazlamalar

X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb

Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycanda bütün dinlərə mənsub insanlar rahat yaşayırlar. Burada tarixən multikultural mühit mövcud olub. Tolerantlıq Azərbaycan xalqının yaşam tərzidir. Dini bayramlarda bir dinin nümayəndələri başqa dinlərə mənsub insanların ibadət yerlərində olurlar, xoş günlərini paylaşırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən görüşdə səsləndirilib.
QMİ sədrinin birinci müavini Salman Musayev, müavinləri Fuad Nurullayev, Qəmərxanım Cavadlı, İdarənin aparat rəhbəri Simran Həsənli qonaqlara Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dinlərarası tolerantlıq və harmoniya haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan nadir ölkələrdəndir ki, burada məzhəb ayrı-seçkiliyi yoxdur. Bütün məscidlərdə eyni vaxtda azan verilir, vəhdət namazı qılınır. Ölkəmizdə “Dini etiqad azadlığı haqqında” Qanun var. Hər kəsin dini etiqad azadlığı dövlət tərəfindən qorunur. Dinlərarası münasibətlərdə böhran yaşayan, islamofobiya, antisemitizm kimi halların artdığı bir zamanda dövlətimiz xüsusi tarixi, mənəvi əhəmiyyəti olan müxtəlif dini ibadətgahların bərpasına və inşasına diqqət ayırır. Dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən xüsusi diqqət göstərilir.
Sonra qış məktəbinin iştirakçılarının sualları cavablandırılıb.

Din 2020-02-20 16:04:00