×
A
A
A
Sazlamalar

Fövqəladə hallara hazırlıq məsələləri diqqət mərkəzindədir

Naxçıvan, 20 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir təşkil edilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən komissiyanın şöbə müdiri Mahir Abbasov bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov xidmətdə mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər, mülki müdafiə tədbirlərinin planlaşdırılması və keçirilməsi qaydaları haqqında məlumat verib.
Nazirliyin baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov “Fövqəladə hallar zamanı davranış qaydalarını hamı bilməlidir” mövzusunda çıxış edərək zəlzələ, sel, subasma zamanı davranış və fəaliyyət qaydalarını diqqətə çatdırıb. Məruzəçi, həmçinin məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalmasının təhlükəli tərəfləri, dəm qazı, yaranması və dəm qazından zəhərlənmələr zamanı ilk yardım barədə ətraflı danışıb.
Sonda suallar cavablandırılıb, mövzulara aid slaydlar təqdim edilib.

Regionlar 2020-02-20 15:44:00