×
A
A
A
Sazlamalar

Pambıq lifi və ipliyinin ixracı azalıb

Bakı, 20 fevral, AZƏRTAC

Bu ilin yanvarında Azərbaycandan 7,8 min ton pambıq lifi və 1260 ton pambıq ipliyi ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 10,5 milyon, pambıq ipliyinin dəyəri isə 2,8 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni ayında ölkədən 11,9 milyon dollarlıq 8,2 min ton pambıq lifi, 859 min dollarlıq 340 ton pambıq ipliyi ixrac edilib.

İqtisadiyyat 2020-02-20 15:43:00