×
A
A
A
Sazlamalar

Sabirabadın iki yaşayış məntəqəsi qazlaşdırılıb

Bakı, 20 fevral, AZƏRTAC

Sabirabadın iki yaşayış məntəqəsinə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Sabirabad rayonu, Betonzavod adlanan ərazidə yerləşən yaşayış binalarının qazlaşdırılması başa çatıb. Fevralın 20-də 62 abonent təbii qazla təmin edilib. Eləcə də rayonun Surra kəndinin genişlənən hissəsində də 10 abonentin qazla təminatı yekunlaşıb.
Yaşayış məntəqələrinin qazlaşdırılması vətəndaşların və müvafiq icra hakimiyyəti orqanlarının müraciəti əsasında “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına həyata keçirilib.

Regionlar 2020-02-20 15:02:00