×
A
A
A
Sazlamalar

Pantomima Teatrı “Underground”u yenindən göstərəcək

Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında xüsusi yer tutan yeni tamaşalardan olan- “Underground” növbəti dəfə teatrsevərlərin ixtiyarına veriləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, fevralın 22-də nümayiş olunacaq tamaşada sənət ocağının bütün yaradıcı kollektivi iştirak edəcək. Belə ki, quruluşu ümumilikdə teatrın aktyorlarına məxsus səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Səbirə Həsənova, Elxan Şahalıyev, İbrahim Tağıyev və Elnur Rzayev ifa edəcək.
Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.

Teatr və kino 2020-02-20 14:08:00