×
A
A
A
Sazlamalar

UNEC brendi Avropada tanınır

Bakı, 20 fevral, AZƏRTAC 

Güclü və müsbət brend hər bir universitetin dünya təhsil bazarında rəqabətqabiliyyətliliyinin artırılmasının başlıca amillərindəndir. Artıq bir neçə ildir ki, Azərbaycan Dövlət İqtisad Universiteti göstərdiyi təhsil xidmətlərini UNEC brendi altında təqdim edir. Bu gün yeni təhsil brendi kimi UNEC bir çox dünya təhsil brendləri arasında öz yerini almaqdadır. Bu, Azərbaycan Dövlət İqtisad Universitetini dünyada layiqli təmsil etməyə imkan verir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan “UNEC” Azərbaycanda və Türkiyədə “Türk Marka və Patend Kurumu” tərəfindən qeydiyyata alındıqdan sonra artıq Polşa, Litva və Slovakiyada da tanınıb və qeydiyyatdan keçib. Ən qısa vaxtda rəsmi prosedurların tamamlanması və UNEC brendinin daha 11 ölkədə qeydiyyatının təsdiqlənməsi gözlənilir.

Elm və təhsil 2020-02-20 13:09:00