×
A
A
A
Sazlamalar

Zaur Əliyev: Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir

Bakı, 20 fevral, AZƏRTAC
Tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri yaradılıb. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 20-də keçirilən mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.
Agentliyin İdarə Heyətinin sədri deyib: “Həmin tibbi ərazi bölmələri üzrə müraciət sayına gəldikdə, fevralın 15-dək ən çox Şəki – Zaqatala tibbi ərazi bölməsinə müraciət edilib. Şəki – Zaqatala üzrə 169 min 204, Bərdə – Yevlax üzrə 149 min 683, Quba – Xaçmaz üzrə 124 min 350, Göyçay – Kürdəmir üzrə 83 min 562 və Dağlıq Şirvan üzrə 80 min 264 müraciət qeydə alınıb”.

Səhiyyə 2020-02-20 13:01:00