×
A
A
A
Sazlamalar

Növbəti Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda ölkəmizin iştirakı ilə bağlı müzakirələr aparılıb

Bakı, 20 fevral, AZƏRTAC

Cari ildə keçiriləcək növbəti Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda ölkəmiz “Fəxri qonaq ölkə” statusunda təmsil olunacaq.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və muzeyin sektor müdiri Nərgiz Abdullayeva Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüblər.
Görüş zamanı ölkəmizin "Fəxri qonaq ölkə" qismində iştirakı ilə bağlı silsilə tədbirlərin keçirilməsi müzakirə olunub. Həmçinin Dövlət Ermitajında qorunub saxlanılan Azərbaycan mədəniyyət nümunələri ilə tanışlıq olub, restovrasiya mərkəzində eksponatların nümayişi baş tutub və ölkəmizə ayrılacaq zallar müəyyən edilib.
Qeyd edək ki, forum çərçivəsində Dövlət Ermitajında keçiriləcək silsilə tədbirlərin və ölkəmizin mədəniyyətinin təbliğ edilməsi məqsədilə burada qorunub saxlanılan Azərbaycan mədəniyyət nümunələrindən ibarət daimi ekspozisiyanın təşkili planlaşdırılır.

Mədəniyyət 2020-02-20 13:01:00