×
A
A
A
Sazlamalar

Hanauda həlak olanların sayı 11 nəfərə çatıb

Berlin, 20 fevral, AZƏRTAC

Artıq məlumdur ki, Almaniyanın Hanau şəhərində atəşaçma nəticəsində 11 adam, o cümlədən bir qadın həlak olub.
AZƏRTAC dpa agentliyinə istinadla xəbər verir ki, şəhərin mərkəzindəki qəlyan-barlardan birində törədilmiş cinayət yerində 9 meyit, daha sonra mənzillərdən birində 2 meyit aşkar edilib. Bildirilir ki, 5 nəfər yaralanıb.
Hələ təsdiqini tapmamış versiyaya görə, mənzildə aşkar edilmiş meyitlərdən biri cinayətkarın cəsədidir. Onun şəxsiyyəti barədə hələlik məlumat verilmir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2020-02-20 12:40:00