×
A
A
A
Sazlamalar

Fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanı keçirilir

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin 2019-cu il 10 dekabr tarixli sərəncamına əsasən ötən il doktoranturaya və dissertanturaya qəbul elan edilib.
Fəlsəfə fənnindən qəbul imtahanı AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə bu gün Mərkəzi Elmi Kitabxanada reallaşıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Elm və təhsil idarəsinin rəisi Fail Kazımov imtahanın gedişatı haqqında məlumat verib. O, AMEA rəhbərinin 2020-ci il 31 yanvar tarixli sərəncamı ilə akademiyada fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanının keçirilməsini təşkil etmək məqsədilə yaradılmış komissiyanı iddiaçılara təqdim edib.
Qeyd edək ki, iki gün ərzində 129 namizəd imtahan verəcək.

Elm və təhsil 2020-02-20 12:28:00