×
A
A
A
Sazlamalar

AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının layihə təklifləri üzrə növbəti seminar keçiriləcək

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq protokolu üzrə müştərək proqram çərçivəsində layihə təklifləri ilə əlaqədar növbəti məlumatlandırma seminarı keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, seminarda müsabiqə şərtləri və ərizə formasının doldurulmasına dair ətraflı məlumat veriləcək.
Tədbirdə iştirak etmək istəyənlər qeyd olunan linkdə https://docs.google.com qeydiyyatdan keçməlidir.

Elm və təhsil 2020-02-20 12:12:00