×
A
A
A
Sazlamalar

“Diamond Princess” kruiz gəmisində daha iki rusiyalı koronavirusa yoluxub

Moskva, 20 fevral, AZƏRTAC
Yaponiyanın Yokoqama limanında iki həftədir karantində saxlanılan “Diamond Princess” kruiz gəmisində daha iki rusiyalı koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Yaponiyadakı səfirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, rusiyalılar özlərini normal hiss edirlər, xəstəliyin ağırlaşması müşahidə olunmur.
Yokoqama limanında dayanan gəmidə cəmi 3700 adam, o cümlədən 24 Rusiya vətəndaşı olub. Ümumilikdə, gəmidə 621 adamda koronavirus aşkarlanıb, onlardan üçü rusiyalıdır.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya 2020-02-20 11:30:00