×
A
A
A
Sazlamalar

Muzeydə “Hacı Zeynalabdin Tağıyev uşaqlar üçün” kitabının təqdimatı olub

Bakı, 20 fevral, AZƏRTAC 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində tanınmış aktyor, Əməkdar artist Bəhram Bağırzadənin “Hacı Zeynalabdin Tağıyev uşaqlar üçün” adlı kitabının təqdimat mərasimi keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, mərasimdə bu müəssisənin elmi katibi, dosent Fərhad Cabbarov çıxış edərək təqdim olunan kitabla bağlı fikirlərini diqqətə çatdırıb, onun əhəmiyyətindən danışıb.
Nəşrdə müxtəlif saytlardan götürülmüş müsahibələrdən, məqalələrdən və digər materiallardan istifadə olunub.
“H.Z.Tağıyevin həyatı və taleyi Vətənə və xalqa xidmətin ən yaxşı nümunəsidir”, - deyən müəllif tədbir iştirakçılarına kitab hədiyyə edib.

Elm və təhsil 2020-02-20 11:06:00