×
A
A
A
Sazlamalar

Çin orbitə 4 müşahidə peyki çıxarıb VİDEO

Pekin, 20 fevral, AZƏRTAC

Çin fevralın 20-də Siçuan vilayətindəki Siçanq kosmodromundan "Long March-2D" raketdaşıyıcısı ilə 4 eksperimental texnologiya peykini orbitə buraxıb.
AZƏRTAC xəbər verir ki, raketin buraxılışı yerli vaxtla saat 5:07-də (Bakı vaxtı ilə 1:07) baş tutub. Yerin müşahidəsini həyata keçirəcək peyklər planlaşdırılan orbitə çatıblar.
Raketdaşıyıcı və 2 peyk Şanxay Kosmos Texnologiyaları Akademiyası, digər iki peyk isə Xarbin Texnologiya İnstitutu və "DFH Satellite" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Qeyd edək ki, bu, “Long March” seriyasından 326-cı raket buraxılışı olub.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-02-20 11:00:00

Video