×
A
A
A
Sazlamalar

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Salyan və Biləsuvarda vətəndaşlarla görüşəcək

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov fevralın 25-də Salyan rayonunda, idarə heyəti sədrinin müavini Əvəz Qocayev isə Biləsuvar rayonunda vətəndaşları qəbul edəcəklər.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S.Məmmədovun qəbulu saat 10:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər.
Ə.Qocayev isə saat 10:00-da Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirəcək. Qəbulda yalnız Biləsuvar rayonunun sakinləri iştirak edə bilərlər.
Hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək. Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər. Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

Regionlar 2020-02-20 10:46:00