Litva yeni avtomobillərin intensiv satışına görə ön sıralardadır
Vilnüs, 20 fevral, AZƏRTAC
Litva yeni avtomobillərin intensiv satışına görə Avropa İttifaqında (Aİ) ön sıralardadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, bu ilin ilk ayında Litvada 4238 yeni avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 35,1 faiz çoxdur. Latviyada isə bu ilin ilk ayı avtomobil satışları 3,6 faiz azalaraq 1484-ə düşdüyü halda, Estoniyada 3,9 faiz artaraq 2271-ə çatıb.
Qeyd edək ki, Aİ ərazisində yanvar ayında yeni avtomobillərin satışları 7,5 faiz azalaraq 956,8 minə düşüb. Aİ ölkələrində ən çox satılan avtomobil “Volkswagen” olub. Bu avtomobil markası ötən ilin yanvar ayına nisbətən 6,6 faiz az satılıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəliblər
Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir
İstanbulda torpaq sürüşməsi baş verib
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib