×
A
A
A
Sazlamalar

Moldovadan Türkiyəyə ixrac 1,6 dəfə artıb

Kişineu, 19 fevral, AZƏRTAC
Moldovadan Türkiyəyə ixrac 1,6 dəfə artıb, idxalın artımı təqribən 18 faiz təşkil edib.
AZƏRTAC Moldova Respublikasının Milli Statistika Bürosuna istinadla xəbər verir ki, 2019-cu ildə Moldovadan ixrac təqribən 2,8 milyard dollar təşkil edib və bu da 2018-ci ildəkindən 2,7 faiz çoxdur.
Moldovanın əsas ixrac bazarı əvvəlki kimi Rumıniyadır. Onun ixracda payı 27,5 faizdir. Rumıniyanın ardınca İtaliya (9,6 %), Rusiya (8,99 %), Almaniya (8,85 %) və Türkiyə (6,32 %) gəlir.
2019-cu ildə Moldova Respublikasına əmtəə idxalı 5,8 milyard dollar təşkil edib ki, bu da 2018-ci ildəkindən 1,4 faiz çoxdur.
Statistika məlumatında o da bildirilir ki, idxalda 14,4 faiz payı olan Rumıniya bu göstərici baxımından da liderdir. Onun ardınca Rusiya (11,8 %), Çin (10,3 %) və Ukrayna (9,7 %) gəlir. Ən hiss edilən artım Türkiyədən (təqribən 18 faiz) olub, Rusiyadan idxal isə 4 faiz azalıb.

Rüstəm Məmmədov
Kişineu
AZƏRTAC

Dünya 2020-02-19 19:23:00