×
A
A
A
Sazlamalar

Azərbaycan Texniki Universitetində tvinninq layihəsi çərçivəsində seminar

Bakı, 19 fevral, AZƏRTAC 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” tvinninq layihəsi çərçivəsində “İnnovativ tədris, təlim və qiymətləndirmə” mövzusunda seminar keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, məqsəd innovativ tədris, təlim və beynəlxalq təcrübə əsasında qiymətləndirməyə dair məlumatlılığı, həmçinin tədrisin və təlimin keyfiyyətini artırmaqdır.
Litva və Latviyadan olan ekspertlər qeyd ediblər ki, Avropa ali təhsil məkanının prinsip və mexanizmlərini tətbiq etməklə Azərbaycanda ali təhsilin institusional potensialını artırmaq qarşıya qoyulan hədəflərdəndir.
Seminarda Azərbaycan Texniki Universiteti ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universitetinin nümayəndələri də iştirak ediblər.
Üç gün davam edəcək seminarda 7 mövzu üzrə məruzə dinləniləcək.

Elm və təhsil 2020-02-19 19:07:00