×
A
A
A
Sazlamalar

UNEC: Maliyyə-İqtisad Kollecində imtahan sessiyasının nəticələri açıqlanıb

Bakı, 19 fevral, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində pedaqoji şuranın iclası keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, pedaqoji şurada 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları, fənn birləşmə komissiyalarının hesabatları dinlənilib. Eləcə də istehsalat təcrübəsinin qiyabi şöbə üzrə nəticələri və əyani şöbə üzrə hazırlığın vəziyyəti, ştat cədvəlinin mövcud normativlərə uyğunlaşdırılmasına dair məsələlər müzakirə olunub.
Hesabatda 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən, kollec üzrə müvəffəqiyyət göstəricisinin 77,82 faiz, keyfiyyət göstəricisinin isə 40,88 faiz olduğu bildirilib.

Elm və təhsil 2020-02-19 18:41:00