×
A
A
A
Sazlamalar

Daha iki seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Bakı, 18 fevral, AZƏRTAC 

Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə iki məntəqədə seçkilərin nəticələrini ləğv edib.
MSK-nın üzvü Qabil Orucov bildirib ki, Ağdaş seçki dairəsi üzrə daxil olan müraciətdə səsvermə zamanı pozuntuların olduğu qeyd edilib və səsvermənin nəticələrinin ləğvi xahiş olunub. Araşdırma zamanı yalnız 6 və 7 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar qeyd edilib.
Q.Orucov həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Daxili siyasət 2020-02-19 17:35:00