Naxçıvanda “ASAN xidmət” mərkəzi yaradılır
Naxçıvan, 19 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Sərəncama əsasən, “Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” mərkəzi yaradılır.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “ASAN xidmət” mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO