×
A
A
A
Sazlamalar

Keçən ay 63,2 min ton kimya sənayesi məhsulları göndərilib

Bakı, 19 fevral, AZƏRTAC

Yanvarda Azərbaycandan 63,2 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 8,9 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2019-cu ilin yanvarında ölkədən ixrac olunan 29,2 min ton kimya məhsulunun dəyəri 6,7 milyon dollar təşkil etmişdi.

Sənaye 2020-02-19 17:52:00