×
A
A
A
Sazlamalar

Azərbaycanın xam neft və neft məhsulları ixracı artıb

Bakı, 19 fevral, AZƏRTAC

Yanvarda Azərbaycandan 3 milyon 986 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 1 milyard 960,5 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2019-cu ilin yanvarında ölkədən 2 milyon 395 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 1 milyard 18 milyon dollar təşkil etmişdi.

 

Neft - qaz 2020-02-19 17:11:00