×
A
A
A
Sazlamalar

30 saylı Suraxanı birinci seçki dairəsi üzrə beş məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

Bakı, 19 fevral, AZƏRTAC 

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Samirə Rəfullayevanın müraciətinə baxılıb.
AZƏRTAC xəbər verir ki, iclasda müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində pozuntu hallarının baş verdiyi qeyd olunub.
MSK-nın üzvü İlham Məmmədov müraciətin araşdırıldığını və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verildiyini bildirib. O, adıçəkilən dairənin 1, 12, 14, 16 və 18 saylı məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Daxili siyasət 2020-02-19 16:37:00